Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti ölkəmizdə qiymətləndirmə sahəsində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin, iqtisadçı alim və mütəxəssislərin, dövlət təşkilatları nümayəndələrinin təşəbbüsü ilə 29 dekabr 1998-ci il tarixində təsis edilmişdir. AQC Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 1999-cu ildə ictimai birlik kimi dövlət qeydiyyatına alınmışdır.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin əsas məqsədi respublika ərazisində əmlak növlərinin qiymətləndirilməsi ilə məşgul olan mütəxəssislərin fəaliyyətini əlaqələndirməkdən, onlarım peşə maraqlarının qorunmasından, qiymətləndirmə fəaliyyətinin elmi əsaslarının və normativ-hüquqi bazasının hazırlanmasından, əmlak bazarının və qiymətləndirmə fəaliyyətinin tənzimlənməsindən, habelə daşınan və daşınmaz əmlakın, təbii eytiyatlarin və digər əmlak növlərinin, eləcə də inteləktual mülkiyyətin qiymətləndirilməsi ilə məşgul olan mütəxəssislərin peşə-ixtisas səviyyələrinin yüksədilməsindən və qiymətləndirici kadırların hazırlanmasından, onların hüquqlarının müdafiə edilməsindən ibarətdir.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) – başlıca vəzifələri və məqsədləri:
AQC-nin məqsədi Azərbaycanda qiymətləndirmə fəaliyyətinin real özünütənzimləmə sisteminin yaradılmasıdır ki, bu da aşağıdakıların təmin edilməsinə xidmət edir.
1. Müstəqil qiymətləndirmə institutunun dayanıqlı inkişafı;
2. İctimai iqtisadi münasibətlər sistemində müstəqil qiymətləndirmənin əhəmiyyətinin və ona olan tələbin daim yüksək səviyyəsi;
3. Qiymətləndirmə xidmətləri bazarının təşkilinin yüksək səviyyəsinə nail olunması;
4. Qiymətləndiricinin peşə ixtisas səviyyəsinin və işgüzar mədəniyyətinin daim təkmilləşdirilməsi;
5. Qiymətləndirmə fəaliyyətinin rəqabət qabiliyyətinin fasiləsiz yüksəldilməsi.
Peşəkar qiymətləndiricinin normativ-hüquqi və metodoloji bazası:
1. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanunu və digər hüquqi-normativ sənədlər (qanunlar, qərarlar, fərmanlar );
2. Azərbaycan Respublikasının Milli Qiymətləndirmə Standartları;
3. Daşınmaz əmlakın qiymətləndirilməsi üzrə elmi-metodoloji vəsaitlər.
Bəs Sizin peşəkar qiymətləndiriciniz bu sənədlərdən istifadə edirmi?
AQC-nin SPONSORLARI
Maliyyələşmənin əsas məqsədi cəmiyyətin işçilərinin əmək haqqı xərclərinin ödənilməsi, digər ölkələrdə mövcud olan qiymətləndirmə təcrübəsinin öyrənilməsi məqsədilə uzaq xarici səfərə çıxma xərclərinin, həmçinin respublikada fəaliyyət göstərən qiymətləndiricilərin peşə-ixtisas səviyyəsinin artırılması məqsədilə kursların, seminarların təşkili xərclərinin, eləcə də jurnalların, kitabların və sairə nəşrlərin dərc olunması xərclərinin və digər təşkilati-texniki xərclərin ödənilməsindən ibarətdir.
AQC-nin SPONSORLARI siyahısına daxil olan qiymətləndirici şirkətlər:
1. Biləndər
2. İVC-Beynəlxalq Qiymətləndirmə Mərkəzi
3. AzİntellektServis
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin fəaliyyətinin inkişafına dəstək vermək və cəmiyyətin sponsorlarından biri olmaq istəyən hər hansı bir şirkət və yaxud təşkilat AQC ilə əlaqə saxlaya bilər.
Qiymətləndirmə şirkətinin seçilməsində istehlakçı aşağıdakıları nəzərə almalıdır.
1.Şirkətin iş təcrubəsi (yetirilən hesabatların sayı, qiymətləndirilən obyektlərin mürəkkəbliyi);
2.Şirkətin əməkdaşlarının AQC-də üzvlüyü;
3.Şirkətin Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti tərəfindən akkreditasiyası;
4.Şirkətin əməkdaşlarının qiyməyləndirmə fəaliyyəti sahəsində ali, ikinci ali peşəkar təhsil yaxud peşəkar yenidən hazırlıq haqqında diplomların olması.
Sertifikatlaşdırılma sistemi
Qiymətləndirməni həyata keçirmək üçün lazımı ixtisas, səriştə və təcrübəyə malik olan qiymətləndirici mütəxəssisin ixtisasını təsdiq edən sənəd Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) tərəfindən verilən sertifikatdır.
Qiymətləndirmə üzrə xidmətlərin sertifikatlaşdırılması qiymətləndirici tərəfindən yerinə yetirilən işlərin AQC-nin standartlarında əks olunan tələblərə uyğunluğunun müəyyən edilməsi prosedurları sistemidir.
Sertifikatlaşdırma qiymətləndiriciyə aşağıdakı əlavə imkanlar və üstünlüklər yaradır:
- Daşınmaz əmlakın bazar dəyərinin qiymətləndirilməsi sahəsində ixtisasın yüksəldilməsi və potensial müştərilərlə münasibətlərdə öz mövqeyini əhəmiyyətli dərəcədə möhkəmləndirmək;
- öz biliklərinin qiymtləndirmə standartlarına uyğunluğuna inamlı olmaq;
- potensial müştərilərə yerinə yetirdiyi qiymətləndirmənin standartlara uyğunluğu barədə zəmanət vermək;
- potensial müştərilərə heyətin sertifikatlaşdırılması üzrə müstəqil orqan tərəfindən ixtisasının qiymətləndirilməsi və səriştəliliyini təsdiq edən sertifikatı təqdim etmək;
- özünün potensial müştərilərə daşınmaz əmlakın qiymətləndirilməsi üzrə sertifikatlaşdırılmış mütəxəssislərin reyestrinə daxil edilməsi barədə məlumat vermək;
- peşəkar qiymətləndirmə bazarında özünü daşınmaz əmlakın bazar dəyərini qiymətləndirilməsi üzrə mütəxəssis kimi təqdim etmək;
- sertifikata malik olmayan və öz ixtisas səviyyəsini təsdiq edə bilməyənlərlə müqayisədə rəqabətli üstünlüklər əldə etmək;
- özünün potensial müştərilərinə, sığorta şirkətlərinə və üzvü olduğu özünütənzimləyən təşkilata aşağı keyfiyyətli hesabatın alınması ehtimalının və uyğun olaraq əmlak məsuliyyətinin yaranması riskinin minimal olmasını bəyan etmək. Belə ki, qiymətləndirilmənin ixtisaslı (peşəkar) yerinə yetirilməsində onun səriştəliliyi AQC tərəfindən verilmiş sertifikatla təsdiq olunur.
Bunları nəzərə alaraq AQC respublikanın əmlak bazarında fəaliyyət göstərən qiymətləndiriciər arasında peşəkar və səriştəli mütəxəssisləri aşkar etmək və sifarişçilərə tanıtdırmaq məqsədilə geniş miqyaslı işlər aparır. Bunlardan ən başlıcası qiymətləndiricilərin sertifikatlaşdırılmasıdır.
Sertifikatlaşdırılma sisteminin normativ sənədləri