aze | eng | рус
e-mail
şifrə
 
Azərbaycan İctimai-Siyasi Universiteti - Azərbaycanda fəaliyyət göstərən özəl təhsil ocağı
 

1991-ci ilin iyun ayından fəaliyyətə başlamış Azərbaycan İctimai-Siyasi Universiteti (əvvəlki adı Ali İctimai-Siyasi Kollec) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 oktyabr 1997-ci il tarixli 204C saylı sərəncamı ilə dövlət qeydiyyatından keçərək özəl ali məktəb statusu almışdır.

Azərbaycan İctimai-Siyasi Universitetində aşağıdakı ixtisaslar üzrə kadrlar hazırlanır:
 
AZƏRBAYCAN BÖLMƏSİ

Hüquqşünaslıq (əyani, qiyabi)
Beynəlxalq hüquq (əyani)
Beynəlxalq münasibətlər (əyani)
Beynəlxalq iqtisadi münasibətlər (əyani)
Regionşünaslıq (Yaxın və Orta Şərq), (əyani)
Azərbaycan dili və ədəbiyyatı (əyani, qiyabi)
Xarici dil və ədəbiyyat (ərəb dili, əyani)
Jurnalistika (əyani, qiyabi)
RUS BÖLMƏSİ

Hüquqşünaslıq (əyani, qiyabi)
Beynəlxalq hüquq (əyani)
Beynəlxalq münasibətlər (əyani)
Beynəlxalq iqtisadi münasibətlər (əyani)

Azərbaycan İctimai-Siyasi Universiteti özünün elmi-pedaqoji potensialına görə respublikamızın ən qabaqcıl ali məktəblərindən biridir. Burada Azərbaycan Elmlər Akademiyasının 12 həqiqi və müxbir üzvü, 42 elmlər doktoru, professor, 45 elmlər namizədi, dosent çalışır. Təhsil Azərbaycan və rus dillərində aparılır. Universitetdə bakalavr pilləsində yüksək ixtisaslı kadrlar hazırlanır. Təhsil müddəti əyani şö'bədə 4, qiyabi şö'bədə 5 ildir. Tələbələr təhsil aldığı müddətdə hərbi xidmətdən azad olunur. Şəhid, köçkün, müharibə dəhşətlərinə mə'ruz qalan və imkansız ailələrdən olan tələbələrə təhsil xərcinin ödənilməsində güzəştlər edilir. Dərs əlaçıları son kurslarda xarici ölkələrə göndərilir.

Universitetdə 10 kafedra (hüquq fənləri, təbiət fənləri, iqtisad fənləri, xarici dillər, Azərbaycan dili və ədəbiyyatı, beynəlxalq münasibətlər, fəlsəfə və sosial-siyasi fənlər, şərq dilləri və ədəbiyyatı, hərbi-tibbi hazırlıq) fəaliyyət göstərir, müasir səviyyədə təchiz edilmiş linqafon və kompüter kabinələri, kitabxana, idman və konfrans zalı, bufet-yeməkxana tələbələrin xildmətindədir. Universitetin kafedraları respublikanın ali məktəbləri, habelə Rusiya, Ukrayna, Gürcüstan, Türkiyə, İran və digər ölkələrin uyğun ali məktəbləri ilə kadr hazırlığı sahəsində əməkdaşlıq edir, alimləri respublika və beynəlxalq elmi konfranslarda və simpoziumlarda fəal iştirak edir. 1998-ci ildə Azərbaycan İctimai-Siyasi Universitetində (o dövrdə Ali İctimai-Siyasi Kollec adlanırdı) iki respublika səviyyəli elmi-nəzəri konfrans keçirilmişdir. Ali təhsilli mütəxəssislər müsahibə yolu ilə Universitetin hüquqşünaslıq ixtisası üzrə qiyabi şö'bəsinin III kursuna qəbul edilirlər.

 
 
 

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player


SERTİFİKATLAŞDIRILMA
SİSTEMİ

XƏBƏRLƏR
 
30-31 yanvar 2012-ci ildə keçirilmiş Sertifikatlaşma İmtahanın nəticələri ətraflı » 2-02-2012, 16:20
SERTİFİKATLAŞDIRMA İMTAHANI 30-31 yanvar tarixində keçiriləcəkdir ətraflı » 9-01-2012, 15:36
Sertifikatlaşma İmtahanın nəticələri ətraflı » 28-10-2011, 12:36
Diqqət!!! IV sertifikatlaşdırma imtahanı 24-27 oktyabr 2011-ci il tarixində keçiriləcəkdir ətraflı » 9-10-2011, 11:05

 

SORĞU
 
"Qiymətləndirmə fəaliyyəti haqqında" qanuna əlavə və dəyişikliklər edilməsinə ehtiyac varmı?

VAR
YOX
 













USAID
İFC
İVSC
İRPF
MRSA
ASK
BY


Qiymətləndirmə prosesi