| |
“Azərbaycan iqtisadiyyatının moderləşməsi şəraitində əmlak bazarı və qiymətləndirmə fəaliyyətinin inkişaf potensialı və onun beynəlxalq mübadiləsi”
Müstəqilliyimizin ilk illərindən başlayaraq respublikamızda iqtisadiyyat və idarəetmə sahəsində aparılan köklü islahatlar sivil əmlak bazarının formalaşmasına və onun zəruri ünsürü kimi qiymətləndirmə fəaliyyətinin meydana qəlməsinə şərait yaratmışdır. Bu fəaliyyət növünün inkişaf etdirilməsi bazar iqtisadi münasibətlərinə keçidin daha yüksək nəticələrlə müşaiyyət olunmasına zəmanət verən amillərdəndir. Qiymətləndirmə fəaliyyətinin respublikamızda yetkinlik mərhələsində olması onu söyləməyə əsas verir ki, hələ geniş ictimaiyyət, ayrı-ayrı dövlət qurumlarının nümayindələri bu fəaliyyətin mahiyyəti və əhəmiyyəti barədə dərin biliklərə malik deyillər. Qiymətləndirmə fəaliyyətinin nəticələrindən istifadə edən iş adamları, bəzən də dövlət orqanları bu sahənin mütəxəssislərinin, peşəkar ekspertlərinin deyil, müvafiq fəaliyyət növü üzrə zəruri nəzəri və təcrubi biliklərə malik olmayan şəxslərin xidmətlərindən istifadə edirlər. Təbii ki, bu da qiymətləndirmə fəaliyyətinin nəticələrinin qeyri-reallığına, keyfiyyətsizliyinə səbəb olmaqla yanaşı peşəkar qiymətləndiriciləri də nüfuzdan salır. Belə neqativ halların qarşısını alınmasının mühüm şərtlərindən biri bu sahədə təbliğat və maarifləndirmə işlərin güclədirilməsidir. Təbliğat və maarifləndirmə işlərinin günün tələbləri səviyyəsində aparılması qısa müddət ərzində ictimai şüurda qiymətləndirmə fəaliyyətinin münasibəti kökündən dəyişə bilər. Bu məqamda ölkə prezdenti möhtərəm İlham Əliyev cənablarını söylədiyi dəyərli fikirlər diqqəti cəlb edir. “İnkişaf etmiş ölkələrdə hər bir mənzil sahibi, yaxud da ki, mülk sahibi ildə müəyyən əmlak verqisi verir. Ancaq o şərtdə ki, onun mülkiyyət bazar qiyməti ilə qiymətləndirilir. Bu, çox ciddi məsələdir. Bunun həlli həm də Azərbaycanda gedən prosesləri dünyada gedən proseslərlə uyğunlaşdırar, əlavə gəlir mənbəyi yarada bilər.”
Qeyd etmək lazımdır ki, ötən müddət ərzində respublikamızda qiymətləndirmənin sivil bazarını yaratmaq, müxtəlif əmlak növlərinin qiymətləndirilməsi ilə məşğul olan mütəxəssislərlə hərtərəfli kömək göstərmək, onların peşə maraqlarını qorunması və ixtisas səviyyəsinin yüksəldilməsi istiqamətində xeyli işlər görülmüşdür. Bu sahədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) fəaliyyəti danılmazdır. AQC dövlət orqanları, digər ictimai birliklər, beynəlxalq təşkilatlarla birgə layihələrdə və proqramlarda iştirak edir, müxtəlif səviyyəli elmi-praktik konfranslar keçirməklə beynəlxalq qiymətləndirmə təcrubəsini öyrənir, yayır. Təkcə onu qeyd etmək kifayətdir ki, AQC tərəfindən 2001-ci və 2002-ci illərdə qiymətləndirmənin aktual problemlərinə dair elmi-praktiki konfranslar, 2003-cü ildə isə ll Beynəlxalq Konqres keçirilmişdir.
AQC bu gün də öz missiyasını uğurla davam etdirməkdədir. Belə ki, 26-27 noyabr 2008-ci il tarixdə Bakı şəhərində, İŞR Plaza Biznes mərkəzinin Xəzər zalında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin, Beynəlxalq Maliyyə Korporasiyasının təşkilatçılığı ilə “Azərbaycan iqtisadiyyatının moderləşməsi şəraitində əmlak bazarı və qiymətləndirmə fəaliyyətinin inkişaf potensialı və onun beynəlxalq mübadiləsi” mövzusunda Beynəlxalq Konqres keçirilmişdir.
Konqresdə, müsir əmlak bazarı və əmlakın qiymətləndirməsinə dair müzakirə olunan məsələlərdə bir çox xarici ölkələrin müvafiq qurumların mütəxəssisləri və nümayindələri iştirak etmişdir.
Yaxın və uzaq xarici ölkələrin tanınmış iqtisadçı alimlərinin, qiymətləndirmə cəmiyyətlərinin, dövlət orqanları nümayəndələrinin təmsil olunduğu Beynəlxalq Konqresdə bir sıra aktual problemlə ətrafında məruzələrin dinlənilməsi və müzakirələr aparılmışdır. Konqresin gündəliyinə görə iştirakçıların dinləyəcəyi aktual məsələlər aşağıdakı kimi qruplaşdırılmışdır.
1. Bazar münasibətləri şəraitində iqtisadi innovasiya və onun fəallaşdırılması zəruriliyi;
2. Əmlak bazarında qiymətləndirmə fəaliyyətinin tənzimlənməsi və onun təşkilatı-idarəetmə mexanizminin təkmilləşdirilməsi istiqamətləri;
3. Müstəqil intellektual fəaliyyət sahələrində (qiymətləndirmə, audit, mühasibat uçotu, konsaltinq) standartlar və sahibkarlığın inkişafında onların tətbiqinin zəruriliyi;
4. Əmlak bazarının formalaşması və qiymətləndirmə fəaliyyəti ilə məşğul olan peşəkar kadırların hazırlanması təcrubəsi və onun təkmilləşdirilməsi yolları.
Beynəlxalq Konqresə Milli Məclisin İqtisadi Siyasət Daimi Komissiyasının sədri, akademik Ziyad Səmədzadə sədrlik etmişdir. O, əmlak bazarının müasir vəziyyəti və perspektiv istiqamətlərinə dair fikirlərini iştirakçılarla bölüşmüşdür. Daha sonra Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəhbəri Arif Qaraşov Beynəlxalq təşkilatların dəstəyi ilə həyata keçirilən layihələr barədə ətraflı çıxış etdi. Konqresdə ali təhsil müəssisələrinin əməkdaşları və tələbələri də iştirak etmişdir. Qeyd etmək olar ki, Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Amil İsmayılovun mövzusunda çıxışı iştirakçılar, o cümlədən Rusiya Qiymətləndirmə Cəmiyyətinin vitse-prezidenti İ.L.Artemenkov tərəfindən qiymətləndirilmişdir və o, Moskva şəhərində keçiriləcək beynəlxalq konfransına dəvət olunmuşdur.
İqtisadi inkişaf və siyasi sabitliyin təmin edilməsi istiqamətində ölkəmizin nailiyyətlərinin MDB və dünyanın uzaq xarici ölkələrinin dərin marağına səbəb olmasının nəticəsi kimi beynəlxalq təşkilatlarının təklifi və təşəbbüsü ilə keçirilən konqres yüksək təşkilatçıliq səviyyəsi ilə diqqəti cəlb etmişdir.
Konqresin Proqramı
|
|