Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin təşkilatı strukturu
vRəhbər orqanı:
Cəmiyyətin rəhbər orqanı Konfransdır. Konfrans ildə bir dəfədən az olmayaraq çağırılır. Konfransda cəmiyyət üzvləri və regional nümayəndələr iştirak edir.
vSədr:
Cəmiyyətin İdarə Heyətinə rəhbərlik edir. Konfrans tərəfindən 3 il müddətinə seçilir. Cəmiyyətin fəaliyyətiniNizamnaməyə uyğun planlaşdırır və həyata keçirir. Dövlət, kommersiya və qeyri-kommersiya təşkilatları ilə əlaqələrdə Cəmiyyəti təmsil edir.
vİdarə Heyəti:
Cəmiyyətin İdarə Heyəti Konfrans tərəfindən 3 il müddətinə seçilir. Cəmiyyətin fəaliyyətini təşkil edir. Konfransın qərarlarının icrasının təmin edilməsi və cəmiyyətə üzvlük məsələlərinin yerinə yetirilməsi ilə məşğul olur.
vİcraçı direktor:
Cəmiyyət Sədrinin təqdimatı ilə Konfransda İdarə Heyəti tərəfindən 3 il müddətinə təyin edilir. Cəmiyyət Sədrinin iştirak etmədiyi dövrdə Cəmiyyətin işini təşkil edir.
vTəftiş komissiyası:
Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinə nəzarəti həyata keçirir. Konfrans tərəfindən 3 il müddətinə seçilir. Fəaliyyətinin nəticələri haqqında Konfransda hesabat verir.
vİcra aparatı:
Sədrin və İdarə heyətinin tapşırıqlarını yerinə yetirir. Cəmiyyətin fəaliyyətini təmin edir. İcra aparatının əməkdaşları ştat işçilərdirlər.
vRegional şöbələr:
AQC-nin regionlarda fəaliyyətini təmin etmək məqsədilə təsisçilərin təşəbbüsü ilə yaradılır. (azı 3 fiziki şəxsdən ibarət olmaqla) Qiymətləndirmə fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərinAQC-nin Nizamnaməsinə uyğun olaraq ərazi əlamətlərinə görə birləşdirir.