Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti ölkəmizdə qiymətləndirmə sahəsində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin, iqtisadçı alim və mütəxəssislərin, dövlət təşkilatları nümayəndələrinin təşəbbüsü ilə 29 dekabr 1998-ci il tarixində təsis edilmişdir. AQC Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 1999-cu ildə ictimai birlik kimi dövlət qeydiyyatına alınmışdır.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin əsas məqsədi respublika ərazisində əmlak növlərinin qiymətləndirilməsi ilə məşğulolan mütəxəssislərin fəaliyyətini əlaqələndirməkdən onlarım peşə maraqlarının qorunmasından, qiymətləndirmə fəaliyyətinin elmi əsaslarının və normativ-hüquqi bazasının hazırlanmasından, əmlak bazarının və qiymətləndirmə fəaliyyətinin tənzimlənməsindən, habelə daşınan və daşınmaz əmlakın, təbii eytiyatlarin və digər əmlak növlərinin, eləcə də inteləktual mülkiyyətin qiymətləndirilməsi ilə məşğul olan mütəxəssislərin peşə-ixtisas səviyyələrinin yüksədilməsindən və qiymətləndirici kadırların hazırlanmasından, onların hüquqlarının müdafiə edilməsindən ibarətdir.
Cəmiyyət qarşısında qoydugu məqsədlərə nail olmaq və bunları uğurla həyata keçirmək məqsədi ilə özünün əsas fəaliyyət istiqamətlərini müəyyən etmişdir... ətraflı »