Xanhüseyn Kazımlı vəfat etdi

Sabiq deputat, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin qurucusu Xanhüseyn Kazımlı 83 yaşında vəfat edib.

Həmçinin, Xanhüseyn Kazımlı Azərbaycan Sosial Rifah Partiyasının sədri olub. O, I, II, III, IV, V çağırış Milli Məclisin deputatı idi.

2002-ci ildə Prezidentin fərmanına əsasən "Şöhrət" ordeni ilə təltif edilib.

Mərhum Xanhüseyn Kazımlıya Allahdan rəhmət, yaxınlarına dərin hüznlə başsağlığı diləyirik.







RƏNG SEÇİN